Ölkə

Azərbaycanda autizm xəstəliyindən əziyyət çəkən uşaqların sayı AÇIQLANDI

13 Mart 2019 15:21
1 Şərh     Baxış: 1 190

"Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün əlillik dərəcəsi müəyyən edilir: "Sağlamlıq imkanları məhdud uşaqlar dedikdə orada autizmli uşaqlar nəzərdə tutulmur. Bu uşaqlar harada təhsil almalıdır, onların təhsili üçün kriteriyalar necə müəyyən edilməlidir? Autizmli uşaqlarla bağlı heç bir reabilitasiya mərkəzi yoxdur. Ancaq Türkiyədə belə uşaqlara dövlət müəyyən edilmiş saatlarda məcburi dərslər keçir".

S.Əliyeva qeyd edib ki, gələcəkdə dünyada hər 10 uşaqdan 3-ü autizmdən əziyyət çəkəcək: "Azərbaycanda da belə uşaqların sayı artır. Təbii ki, bunun müxtəlif səbəbləri var".

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, 6 minə yaxın autizmli uşağın heç də hamısı təhsildən kənarda qalmayıb, onların çoxuna evdə dərslər keçirilir.

Onun sözlərinə görə, Azərbaycanda inklüziv təhsilin bütün mövcud imkanlarına hüquqi təminat verilir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    XANIM · 13 Mart 15:4010

    HAMISI PEYVƏNDLƏRİN NƏTİCƏSİDİR BELƏ OLUR NEVROLOJİ UŞAQLARA ÜMUMİYYƏTLƏ PEYVƏND VURULMAMALIDIR

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.