Ölkə

Repetitorluğun qarşısını almaq üçün təklif edilir ki...

13 Mart 2019 17:49
11 Şərh     Baxış: 2 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ümumi təhsil haqqında" qanun layihəsi Milli Məclisə 3-cü oxunuş üçün təqdim edilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

İ.Həbibbəylinin sözlərinə görə, "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: "Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının artırılması vacibdir".

Komitə sədri Azərbaycanda müəllimlərin əməkhaqlarının artırılması üçün mütəmadi olaraq, işlərin aparıldığını deyib.

Qanun layihəsinin parlamentə III oxunuş üçün təqdim edilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.