Müğənni Afət Fərmanqızı qohumunu tapıb.
Milli.Az xəbər verir ki, bu xəbər müğənniyə "Bizimləsən"də verilib. Canlı yayımda efirə zəng edən Habil adlı şəxs 20 il qabaq Afətin evindən çıxıb Özbəkistana getdiyini deyib.
Habilin ata qohumu olduğunu bilən Afət göz yaşlarını saxlaya bilməyib:
"Mən atamı itidim. İmkanım olmadı Bakıda kirayə qalım. Tovuzda yaşadığımız üçün məni Gəncə Dövlət Universitetinə "perevod" etdilər. Tez ailə qurdum. Mənə o atamın qohumu sahib çıxdı ki, "Bizim burada evlərimiz var. Sən kirayədə qalmamalısan". Məni apardı evlərinə. Habil mənə sahib çıxırdı. Bir dəfə universitetdən evə gələndə arxamca bir oğlan düşmüşdü. Bir də dönüb gördüm ki, Habil onun qabağın kəsib dalaşır. Sən demə, məni güdürmüş".
Ətraflı videoda:
Məhəmməd Vaqif
Milli.Az