Ölkə

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

13 Mart 2019 13:21
0 Şərh     Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda komitə sədri Eldar İbrahimov gündəlikdə olan qanun layihələri ilə bağlı məlumat verib.

E.İbrahimov deyib ki, bunlar "Fitosanitar nəzarəti haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Balıqçılıq haqqında", "Elektroenergetika haqqında", "Nəqliyyat haqqında", "İctimai iştirakçılıq haqqında", "Dəniz limanları haqqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Turizm haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Auditor haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında", "Yeyinti məhsulları haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlara, o cümlədən Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Komitə sədri qeyd edib ki, dəyişikliklər bu qanunların digər qanunlara uyğunlaşdırılması üçün edilir.

Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.