Ölkə

Nazir: "Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır"

13 Mart 2019 12:45
Baxış: 319

Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət verilir və kibertəhlükələri azaltmaq üçün bütün addımlar atılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda kibertəhlükəsizlik üzrə regional forumda deyib.

Nazir bildirib ki, informasiya texnologiyaları sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə çıxıb, dövlət və vətəndaşlar arasında münasibətlər isə daha da şəffaflaşıb.

O qeyd edib ki, bu gün ölkə əhalisinin 80 faizdən çoxu internetdən istifadə edir.

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, təşkilat Azərbaycanda İKT sahəsində keçirilən proqramları dəstəkləyir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.