Ölkə

Avtomobili cərimə meydançasına aparılan şəxs özünü körpüdən atmaq istəyib - YENİLƏNİB

13 Mart 2019 13:15
1 Şərh     Baxış: 1 688

13:15

Bakıda intihara cəhd olub.

Milli.Az-ın ONA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsi ərazisində qeydə alınıb. "Binə" körpüsünə çıxan 35-40 yaşlarında kişi özünü atmaq istəyib. Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib.

İntihara cəhdin qarşısı alınıb.

İlkin məlumata görə, vətəndaş avtomobilinin cərimə meydançasına aparılmasına etiraz olaraq bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

----------
12:29

Bakının Xəzər rayonunda Binə körpüsündə 30-35 yaşlı kişi intihar etmək istəyir.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb ediliblər.

İntihara cəhd edən şəxsi fikrindən daşındırmağa çalışırlar.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    aea · 13 Mart 13:3900

    maraqlıdır. Niyə cərimə meydançasına aparıblar??? Əsas səbəb??? Axırı nə oldu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.