Ölkə

Ağac kəsən şəxs cərimələndi

13 Mart 2019 13:23
0 Şərh     Baxış: 356

Salyanda ağac kəsən şəxs cərimələndi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.