Ölkə

Samara-Bakı aviareysi açılır - Gələn aydan

13 Mart 2019 11:44
0 Şərh     Baxış: 421

Rusiyanın "Ural Hava Yolları" şirkəti 2019-cu il aprelin 5-dən Samara-Bakı-Samara marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reyslər cümə günləri "Airbus А320" təyyarələri ilə həyata keçiriləcək.

Bir istiqamətə minimal tarif 97 avro (bütün yığımlar nəzərə alınmaqla) təşkil edəcək.

Qeyd edək ki, "Ural Hava Yolları" Rusiyanın sərnişindaşımanın həcminə görə aparıcı şirkətlərindən biridir. 2018-ci ilin yekunu üzrə 9 000 579 nəfər (2017-ci illə müqayisədə 13 faiz çox) şirkətin xidmətlərindən yararlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.