Ölkə

İtkin düşən "bomj"un meyiti çaydan tapıldı - Azərbaycanda

13 Mart 2019 11:29
2 Şərh     Baxış: 620

Lənkəranda çaydan meyit tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Veravul kəndində baş verib.

Kənd sakini Şamo Hacıyev martın 11-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailə üzvlərinin axtarışları zamanı Ş.Hacıyevin meyiti martın 12-də kənd ərazisindəki qəbiristanlığın yaxınlığındakı çaydan tapılıb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, meyitin üzərində xəsarət izləri aşkarlanmayıb.

Ailə üzvləri bildirib ki, Ş.Hacıyev spirtli içki aludəsi imiş və tüfeyli həyat tərzi keçirirmiş.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    su 1 · 13 Mart 12:3010

    birinci defedir ki esidirem bomgu axtarirlar

    Cavab yaz
  • Anonim
    Deyanet Viravul Lenkeran · 13 Mart 14:3710

    Allah rəhmət eləsin.Qonşum idi.İçən olsada heç kəslə işi yox idi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.