Ölkə

Naxçıvanda keçirilən komanda-qərargah təlimi davam edir - FOTO

13 Mart 2019 10:53
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Naxçıvan Qarnizonu qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı"na əsasən, martın 11-dən müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi ilə keçirilən komanda-qərargah təlimi davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müxtəlif dərəcəli döyüşə hazır olmaq vəziyyətinə gətirilməsi məqsədilə təlimə cəlb olunan birləşmə və hissələr təlim döyüş həyəcanı siqnalı ilə qaldırılaraq əməliyyat təyinatı rayonuna çıxarılıb.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilib.

Martın 12-də döyüşün planlaşdırılması ilə yanaşı, təlimin praktiki fəaliyyətinə cəlb olunan birləşmə və hissələr əraziyə çıxarılıb və ssenariyə uyğun məşq etdirilib. Qoşunların tam komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqəsi açılıb, səfərbərlik ehtiyatları və cari çatışmazlığın bərpası üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim martın 16-da da davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.