Ölkə

Məhkəmə sədrinin oğlu bölmə rəisi təyin edildi

12 Mart 2019 19:17
0 Şərh     Baxış: 1 994

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki,  R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.