Ölkə

Bakıda məhkəmə hakiminin velosipedi oğurlandı

12 Mart 2019 19:04
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda oğurluq hadisəsi baş verib.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, A.Cəlilov küçəsi ev 26 ünvanında qeydə alınıb. Həmin ünvanda dəyəri 1700 manat olan velosiped oğurlanıb.

Velosipedin sahibi, 1969-cu il təvəllüdlü İmanov Azad Nizami oğlu bu barədə polisə müraciət edib.

Araşdırma zamanı məlum olub ki, velosiped zəncirlənmiş vəziyyətdə olub. Naməlum şəxs və ya şəxslər zəncirin qıfılını qıraraq velosipedi aparıblar.

Qeyd edək ki, velosipedin sahibi A.İmanov Bakı Apellyasiya Məhkəməsinin hakimidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.