Ölkə

Bakıda təcili eniş etmiş təyyarənin sərnişinləri Moskvaya yola salınıb

12 Mart 2019 12:51
Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş etmiş "Ural Hava Yolları" aviaşirkətinin təyyarəsinin sərnişinləri Moskvaya yola salınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Hava Limanından məlumat veriblər.

Qeyd edək ki, Bəhreyndən Moskvaya uçan "Ural Hava Yolları" şirkətinə məxsus "Airbus A321" təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müvəffəqiyyətlə eniş edib.

Hava gəmisinin qəza enişinə səbəb HG kapitanının təyyarədə bombanın olmasından şübhələnməsidir. Bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Təyyarədə ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub. Laynerə baxış keçirildikdən sonra partlayıcı maddə aşkar edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.