Ölkə

Rayondan gəlib Bakıda gizli yaşayan sevgililərin hamam faciəsi: ikisi də ailəli olub və... - YENİLƏNİB

12 Mart 2019 13:57
51 Şərh     Baxış: 18 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:57

Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.

Milli.Az bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bahar bağları" yaşayış massivində yerləşən fərdi həyət evində kirayə yaşayan Şirvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Hüseynli Həbib Mehman oğlu və 1985-ci il təvəllüdlü Əzimova Əntiqə Vidadi qızı hamam otağında dəm qazından boğularaq ölüblər.

Məlum olub ki, hər iki şəxs orta məktəbi bir yerdə oxuyub və sinif yoldaşlarıdır. Ailəli olsalar da, onların arasında gizli sevgi münasibəti yaranıbmış və xeyli müddət davam edirmiş. Bir müddət əvvəl onlar Bakıda işləmək üçün birgə paytaxta gəliblər və burada qeyri-rəsmi nikahda gizli yaşamağa davam ediblər.

Bildirilir ki, hər iki şəxsin rəsmi nikahlarından övladları var.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. /publika.az

---------
10:59

Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bahar bağları"nda qeydə alınıb. Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Həbib Mehman oğlu Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Vidadi qızı Əzimova həmin evin həyətində yerləşən hamamda dəm qazından boğularaq ölüblər.
 
Hadisə barədə məlumat daxil olan kimi, rayon prokururluğu və rayon polis idarəsi əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirib və hər iki meyitin daxili və xarici müayinəsi üçün müvafiq ekspertizalar təyin edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 
Qeyd edək ki, meyiti tapılan şəxslər qeyri-rəsmi nikah münasibətlərində yaşayırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.