Ölkə

Gənclər üçün vahid elektron platforma yaradılır - FOTO

12 Mart 2019 11:02
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və dövlət xidmətləri barədə ətraflı məlumatların gənclərə effektiv şəkildə çatdırılması məqsədi ilə informativ səciyyəli vahid elektron platformanın təqdimatı və yenilənmə mexanizmləri ilə əlaqədar olaraq işçi qaydada görüş  keçirilib.

Fonddan Milli.Az-a verilən məlumata görə, daha sonra gənclər üçün informativ səciyyəli vahid elektron platforma - gənc.az portalı təqdim olunub. Portalda gənclər üçün dövlət xidmətlərindən istifadə, interaktiv təqvim sistemi, iş vakansiyaları və imkanlarına müraciət etmək, Elektron Hökumət Portalının xidmətlərindən istifadə və istiqamətləndirmə imkanları, vahid sosial şəbəkə vasitəsilə sosial-ictimai tədbirlər, müsabiqələrlə bağlı daha tez məlumat almaq imkanları haqda məlumat verilib.

Portalın yaxın aylarda ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Daha sonra görüş müxtəlif qurumları təmsil edən nümayəndələrin suallarının cavablandırılması, təkliflərin dinlənilməsi və fikir mübadiləsi ilə başa çatıb.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.