Ölkə

Sərxoş azərbaycanlı təyyarədə dava saldı - FOTO

12 Mart 2019 10:48
0 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 11-də "Orenburq" hava limanında Moskvaya uçan təyyarədə azərbaycanlının iştirakı ilə xoşagəlməz hadisə yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan millət vəkili Yuriy Mişeryakov İnstaqram hesabında məlumat yayıb.

Vilayət mərkəzinin keçmiş merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

"Polis və sərnişinlərin köməyi ilə davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edib", - o bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.