Ölkə

Bakıda məcburi eniş edən təyyarə sabah Moskvaya yola düşəcək

11 Mart 2019 21:00
0 Şərh     Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.  

Hava limanının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək.

Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən "Uralskiye Avialinii" aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir. 

​Xatırladırıq ki, Bəhreyndən Moskvaya uçan "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14.56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə enmişdir.  Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilmişdir.

​Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olmuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.