Ölkə

Azərbaycan əsilli milyarderlərin obyektində axtarış - Mühasirəyə alınıb - FOTO

11 Mart 2019 17:09
0 Şərh     Baxış: 2 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquq-mühafizə orqanları Rusiyanın paytaxtı Moskvada "Sadovod" bazarı və "Moskva" ticarət mərkəzində axtarışlar aparır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks"a vəziyyət barədə məlumatlı mənbə məlumat verib. 

"Reydlər gecə saat 3 radələrindən Moskvanın cənub-şərqində yerləşən "Sadovod" bazarı və "Moskva" ticarət mərkəzində aparılır. Obyektlər mərkəzi polis və Miqrasiya Polisinin əməkdaşları tərəfindən mühasirəyə alınıb",- deyə mənbə bildirib.

Onun sözlərinə görə, reydlərə səbəb ya ötən gün paytaxt ərazisində miqrantlarla baş vermiş qarşıdurma, yaxud da bazarların ərazisində kriptovalyuta fermaların mövcudluğu ola bilər. 

Qeyd edək ki, "Sadavod" bazarı Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevin sahib olduğu "Kiyevskaya Ploşad" şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.

Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.

"Tass" hüquq-mühafizə orqanlarına istinadən yazır ki, polis obyektlərdə aparılan operativ axtarışlardan sonra onlarla miqrantı saxlayıb. Saxlanılan şəxslər ölkədə asayişi pozmaqda və cinayət törətməkdə şübhəli bilinirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.