Ölkə

Bakıda 40 minlik qızıl oğurlandı

8 Mart 2019 15:23
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Şükürov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.