Ölkə

Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım - VİDEO

7 Mart 2019 19:39
3 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər veridiyimiz kimi, gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluq edilib. 

Milli.Az bildirir ki, Baku TV-nin əməkdaşları Elçin Abbasovun yaşadığı ünvana üz tutublar. 

E.Abbasov gözdən əlil olmasına baxmayaraq, illərdir rəngli toxuma güllər hazırlayaraq öz dolanışığını təmin edir. 

O müsahibəsində bildirib ki, yaşadığı evə daxil olan oğru, yaxud oğrular 800 manat pul, 500 manat məbləğində qızıl üzük və 250 manat dəyərində gümüş boyunbağını qarət ediblər.

"Həftənin bazar ertəsi axşam saatlarında evə gəldim. Qapını açmaq istəyirdim ki, evin qapısının açıq olduğun hiss etdim. Məlum oldu ki, evə oğru girib və 800 manat pulumu, qızıl üzüyü, gümüş boyunbağını və bank kartımı oğurlayıb. Mənə 1530 manatdan artıq zərər dəyib".

Bu hadisədən ehtiyat edən Elçin Abbasov artıq həmin evdə yaşamadığını, hələlik isə başqa yerlərdə gecələdiyini deyir.

Elçin Abbasov bildirib ki, məsələ barədə Nərimanov rayon Polis İdarəsinə məlumat verib.

Videonu izləmək üçün şəklə klikləyin:
Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.