Ölkə

Sabahın HAVAsı

6 Mart 2019 13:21
7 Şərh     Baxış: 1 588

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açqılanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 də isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, axşam dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    777 · 6 Mart 14:0944

    Salam esra o gun yazdim baxmadin werhime men xanimam wamaxliyam yerlimsen wirin qiz tez esenlewirsen her weye olmaz saglamligina ziyandi gozelim

    Cavab yaz
    • Anonim
      Arzu · 6 Mart 20:0810

      Salam doslar bacılar her vaxtuvuz xeyir

      Cavab yaz
      • Anonim
        Harlnpasa · 6 Mart 21:5610

        Salam Arzu xanlm sizinde her vaxtuvuz xeyr

        Cavab yaz
      • Anonim
        Harlnpasa · 6 Mart 21:5710

        Ay Nurus hardasan deyesen helem tonqalln yanlndasan )) yoxa clxmlsan

        Cavab yaz
  • Anonim
    AZE · 6 Mart 22:2020

    Bizə kasıb millətimiz lazımdı

    Cavab yaz
    • Anonim
      $$$. · 6 Mart 23:0020

      Kasıb mərd olar ! Urəyi təmiz və pak olar !

      Cavab yaz
      • Anonim
        $$$. · 7 Mart 00:0000

        Gecəniz xeyirə , səhəriniz uqura acılsın !

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.