Ölkə

Elnarın ayrılıq şousu bitdi - Nikah bağladılar - VİDEO

4 Mart 2019 17:34
16 Şərh     Baxış: 7 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl ayrılıq xəbəri ilə özlərini gündəmə gətirən cütlük - müğənni Elnar Xəlilov və şairə Aysel Nəcəfli nikah bağlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəcəfli öz instaqram səhifəsində video paylaşaraq "Mən artıq Xəlilovayam" sözlərini yazıb. O, bildirib ki, guya, ayrılıqları şou olmayıb, sadəcə yeni barışıblar: "Hər kəsə ayrılıqdan əvvəl toyumuz olacağını demişdik. Bunu fürsət bilib adımızdan yalan məlumat yaydılar. Hər şey bir neçə gündə baş verdi. Bir neçə gündür barışmışıq və sizə bildirmədik, rəsmi nikah günümüzdə açıqlamaq istədik. Artıq bizə xoşbəxtlik arzularından başqa heç nə yazmayın". 

Xatırladaq ki, cütlüyün ayrıldığını Elnar Xəlilov "Mən artıq subayam" başlığı ilə video paylaşaraq bəyan etmişdi, bundan başqa, o, hətta efirə çıxaraq bu haqda danışıb ağlamışdı. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Elnarın ayrılıq şousu bitdi - Nikah bağladılar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.