Ölkə

Keyfiyyətsiz dərman vasitələri məhv edildi - VIDEO - FOTO

1 Mart 2019 19:14
0 Şərh     Baxış: 485

Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycan Respublikasında qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.

"Qırxbulaq" MMC, "Zeytun pharmacuticals" MMC, "Centrum pharma" MMC, "Alfa-N company" MMC, "NP" MMC, "Stomdent" MMC, "Amex" MMC, "Asfarma dərman sənaye LTD ŞTİ" MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələri ümumilikdə 15863.40 ABŞ dolları, 2218822.88 Rus rublu, 25065.02 Avro dəyərində olub.

Bakı Baş Gömrük İdarəsi tərəfindən məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin siyahısı aşağıdakı cədvəldə göstərilir.

Videonu izləmək üçün şəklə klikləyin:
Keyfiyyətsiz dərman vasitələri məhv edilib

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.