Ölkə

Ali məktəblərlə bağlı yeni həvəsləndirici mexanizmlər hazırlanacaq

1 Mart 2019 11:51
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlərin hazırlanması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" adlı layihənin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün "Açıq İnnovasiya" konsepsiyasının hazırlanması da nəzərdə tutulur.

Nazir müavini hesab edir ki, bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq.

F.Qurbanov əlavə edib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilir.

Qeyd edək ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur.

Həmçinin ali təhsil sistemində milli koordinasiya modelinin tətbiq olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla, üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.