Ölkə

Yasamaldakı supermarketdə kökədən çıxan şüşə ilə bağlı rəsmi AÇIQLAMA

28 Fevral 2019 17:57
2 Şərh     Baxış: 2 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qida Təhlükəsizliyi Agentliyi Bakının Yasamal rayonundakı böyük supermarketlərdən birində göbələk içlikli kökənin içindən şüşə qırıntısının çıxması faktı ilə bağlı araşdırma aparıb.

Milli.Az bildirir ki, Agentlikdən Trend-in faktla bağlı sorğusuna cavab olaraq, bildirilib ki, qeyd olunan qida məhsulu "Bon Appetit 1998 bakery" MMC-yə məxsus istehsalat sexində hazırlanıb.

Agentliyin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin istehsalat sexində yoxlama həyata keçirib, aşkarlanmış qanun pozuntuları ilə bağlı müəsssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib:

"Bundan əlavə, müəssisənin rəhbərliyinə qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Agentlik tərəfindən həmin müəssisə nəzarətə götürülüb".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.