Ölkə

Bakı metrosu yenidən qarışdı: Sərnişin dolu qatar tuneldə qaldı - YENİLƏNİB

26 Fevral 2019 09:02
10 Şərh     Baxış: 11 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:04

Bakıda metroda qatarların intervalında gecikmələr yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, gecikmələr stansiyalarda sərnişin sıxlığı ilə əlaqədardır:

"Səhər saatlarında stansiyalarda güclü sərnişin sıxlığı müşahidə olunur. Stansiyalarda sərnişinlər çox olduğundan qatarlar platformadan gec çıxmaq məcburiyyətində qalır. Bu da qatarların intervalında gecikmə ilə nəticələnib".

09:02

Səhər saatlarında Bakı metrosu növbəti problemlə üzləşib.

Milli.Az-a stansiya əməkdaşlarının verdiyi məlumata görə qatarda nasazlıq yaranıb.

Yaranan nasazlıq intervalda gecikmələrə səbəb olub ki, bu da platformlarda sərnişin sıxlığına gətirib çıxarıb.

Sərnişinlərin Milli.Az-a verdiyi məlumata görə, "Həzi Aslanov"dan "Dərnəgül"ə hərəkətdə olan sərnişin dolu qatar "Gənclik" - "28 May" stansiyası istiqamətində 15 dəqiqəyə yaxın tuneldə qalıb.

Yaranan problemin hələ də aradan qaldırılmadığı deyilir.

Məhəmməd Vaqif

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.