Ölkə

Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı

23 Fevral 2019 12:39
0 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda tanış qadınla spirtli içki qəbul edən kişi, sonradan onun üstünə neft tökərək yandırıb.

Milli.Az xəbər verir ki, bu haqda "Sputnik-Azərbaycan" Xətai rayon polis idarəsinə istinadən məlumat yayıb.

İnsident fevralın 21-də Nobel prospektində 19:40 radələrində baş verib.

Cinayətkar 41 yaşlı Rübabə Nuriyevanın üzərinə ağ neft tökərək onu oda verib.

Xoşbəxtlikdən, qadına vaxtında ilkin yardım göstərilib və, o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkənin baş, boyun nahiyəsi və əlləri yanıb. Qadının həyatına hər hansı təhlükənin olmadığı bildirilir.

Kişi törətdiyi əməldən sonra hadisə yerindən qaçsa da, fevralın 22-də Xətai rayonunun 37-ci polis bölməsinin əməkdaşları onu saxlaya bilib.

Saxlanılan şəxs zərərçəkənin tanışı olan 33 yaşlı Bakı sakini Tağıyev Qabil İsgəndər oğludur.

Məlum olub ki, cinayəti törətdiyi vaxt hər ikisi spirtli içkinin təsiri altında olub. Bundan savayı, Q.Tağıyev baş verənləri xatırlamır və günahını boynuna almır.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.