Ölkə

Azərbaycan meşələri ilə bağlı daha bir mühüm qərar: Bundan sonra...

23 Fevral 2019 11:04
0 Şərh     Baxış: 2 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə aparılan tədbirlər çərçivəsində meşələrdə turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

O qeyd edib ki, hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Azərbaycanda meşə fondunun turizm potensialının geniş olduğunu söyləyən S.Salmanov dağ turizminin inkişaf perspektivlərinin olduğunu vurğulayıb.

Sektor müdirinin sözlərinə görə, artıq Qusar, Quba, Göygöl, Şəki, Qax, Gədəbəy və Daşkəsəndə turizm marşrutları mövcuddur:

"Bu yerlərdə turizm potensialından istifadə olunur. Yeni hazırlanan Milli Meşə Proqramı çərçivəsində isə işlər davam etdiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.