Ölkə

Avropanın mərkəzində yüzlərlə soydaşımız Dilqəm və Şahbaza azadlıq tələb edəcək

22 Fevral 2019 20:50
1 Şərh     Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İri aç gözlərini Avropa! Ermənistanda aclıqdan ölən siyasi məhbusu, öz doğmalarının qəbirlərini ziyarətə gedən mülki insanlara verilən işgəncələri görübdə görməzliyə qapanan Avropa. Artıq pəncərənin qabağındayıq. Pəncərəni döyüb səndən hüquqi, obyektiv yanaşma tələb edirik. Bütün dünya dəqiq bilir ki, Dilqəm və Şahbaz doğmalarının öz ata-baba yurdlarında olan qəbirlərini ziyarət üçün getmişdi. Dilqəm girov götürüləndə 118 kilo çəkisi var idi, indi işgəncələr, qeyri-insani yanaşmalar "sayəsində"  quru nəfəsi qalıb. Budurmu Avropanın demokratiyası, budurmu haqq-ədalət.

Bəs Ermənistanda ölən siyasi məhbus necə, onudamı görmədiniz. Bu bizi çox maraqlandırmır.

Bizi maraqlandıran torpaqlarımıza nə vaxt qayıdacağımızdır.

Bizi maraqlandıran Dilqəm və Şahbazın azadlığıdır

Bizi maraqlandıran Xocalıda qanı tökülən, qanına qəltan edilən sütül uşaqların haqqının tanınmasıdır

Bizi maraqlandıran qadın, uşaq, qoca demədən hər kəsi süngüdən keçirən erməni quldurlarının vəhşiliyinə hüquqi qiymət verilməsidir.

Və bizi maraqlandıran Ermənistanın beynəlxalq hüquqa hörmətlə yanaşmasıdır.

Buyurun, pəncərənizdən baxıb Dilqəmin, Şahbazın vəziyyətini görün, bəlkə bir az təsirlənəsiz. Bəlkə insan haqları, beynəlxalq prinsip, hüquq dediklərinizi Dilqəm və Şahbazın dünəni və bu günü ilə müqayisə edəsiz.     

Qeyd edək ki, 20-dən çox ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə fevralın 23-də yerli vaxtla saat 1400-1600 arasında Belçika Krallığının paytaxtı Brüssel şəhərində "Lüksemburq Palas"ın qarşısında Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Aksiyada əksər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Avropadan kənarda yaşayan yüzlərlə soydaşımızın, eləcə də Azərbaycana dost mü­na­si­bəti bəsləyən xalqların diaspor üzvlərinin iştirakı gözlənilir.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilməsi nəzərdə tutulan mitinqdə "Qarabağa qayıtmaq istəyirik", "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır" və s.  şüarlar ilə Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediləcək, Dilqəm və Şahbaza azadlıq tələb olunacaqdır.  

Eyni zamanda, aksiya zamanı minlərlə yerli şəhər sakinlərinə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri, Dilqəm və Şahbaza işgəncələrin verilməsini özündə əks  etdirən broşürlər paylanılacaqdır.

Qərib Səfərov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.