Ölkə

Nazir müavini İranda Azərbaycan bayrağının müdafiəsinə qalxan Zəhra Salmanlıya təşəkkür etdi - FOTO

22 Fevral 2019 18:14
2 Şərh     Baxış: 2 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, nazir müavini bütün rəqiblərinə qalib gələrək 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib. İ.İsmayılov Zəhraya gələcək yarışlarda və təhsilində ona uğurlar arzu edib.

Qeyd edək ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb.

Görüşdən sonra gənc idmançıya mükafat və diplom təqdim olunub.

Zəfər Tağı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.