Ölkə

Meşələrdə çəpərlənmə işlərinə başlanılıb

22 Fevral 2019 18:24
1 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Onun sözlərinə görə, artıq çəpərlənmə işləri Quba, Zaqatala, Gədəbəy, Qax və digər dağ rayonlarında həyata keçirilib. Bu il çəpərləmə işləri 200 km-lik ərazidə davam etdiriləcək. Həmin ərazilər əsasən dağlıq rayonlarda olacaq:

"Mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar əsasən meşə fondu ərazilərindən keçir. Ona görə həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır".

S.Salmanov bildirib ki, meşə ehtiyatlarının qorunması üçün meşə fondu ərazilərində 5 kamera quraşdırılıb. Bu il ərzində meşələrdə daha 15 kameranın quraşdırılması planlaşdırılır. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.