Ölkə

Qusarda üçəm doğulub

22 Fevral 2019 13:48
5 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər Qusar Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, körpələr bu gün səhər saatlarında rayonun mərkəzi xəstəxanasında dünyaya gəliblər.

Quba sakini olan 36 yaşlı 1-ci Nügədi kənd sakini, İlahə Həsənşah qızı Mirzəyevanın dünyaya gətirdiyi oğlan uşaqların çəkisi 2 kq 800, 2 kq 700 və 1 kq 800 qramdır.

Bu, İ.Mirzəyevanın ikinci doğuşudur. Qadın birinci dəfə evliliyindən 7 il sonra bir qız uşağı dünyaya gətirib. 2,5 il fasilədən sonra o, yenidən həkimə müraciət edib və müalicələrdən sonra hamilə qalıb.

Körpələrin və ananın vəziyyəti normaldır.

Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, bu son 3 ildə doğulan ikinci üçəmdir. Sonuncu dəfə üçəmlər 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.