Ölkə

Məhkəmədə hakim və prokurora hücum edən qadın barədə cinayət işi başlandı

22 Fevral 2019 14:16
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu Rayon Məhkəməsində hakim və prokurora hücum edən qadın barəsində cinayət işi açılıb.

Milli.Az Trend-ə istindən xəbər verir ki, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən T.Səfərova təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Xatırladaq ki, fevralın 21-də Sabunçu rayon Məhgkəməsdində oğurluqda təqsirləndirilən O.Səfərovun işi üzrə məhkəmə prosesi keçirilən vaxt təqsirləndirilən şəxsin anası T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.