Ölkə

DYP rəsmisindən Sumqayıtdakı avtobus qəzası ilə bağlı AÇIQLAMA

22 Fevral 2019 12:25
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Sumqayıtda baş verən avtobus qəzası ilə bağlı rəsmi açıqlama yayılıb.

Milli.Az xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rüfət Quliyev Trend-ə bildirib ki, 21 fevral 2019-cu il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Məşədi Əzizbəyov və Nizami küçələrin kəsişməsində "Toyota Prado" markalı, 10-BN-023 dövlət qeydiyyat nişanlı avtomobil 30 saylı marşrut xətti üzrə hərəkətdə olan "AKİA" markalı, 50-AE-676 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub və nəticəsində avtobus yoldan çıxaraq yaşayış binasının divarına dəyib.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata əsasən, xəstəxanaya aparılmış 31 nəfər sərnişindən 13-də xəsarət olmadığı üçün onlar evə buraxılıb, 6 nəfər reanimasiyaya yerləşdirilib, 12 nəfəri isə stasionara qəbul olunub.

Bu gün reanimasiya şöbəsində olan xəstələr artıq palatalara köçürülmüş, palatada müalicə alan 12 nəfərdən 11-nin isə gün ərzində evə buraxılacaqları gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.