Ölkə

Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib

21 Fevral 2019 16:48
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə report-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasınınsədr müavini, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, son üç ildə Azərbaycan dilinə daxil olan yeni sözlərin sayı 2 700 olub: "Yeni terminlər 2015-2018-ci illər alığında Azərbaycan dilinə daxil olub. Artıq həmin sözlər "Yeni Terminlərin İzahlı Lüğəti" adlı kitabda qeyd edilib. Bu kitab mütəmadi olaraq nəşr olunur. Birinci kitab 2015-ci ildə nəşr olunanda orada 2750 yeni söz daxil olunmuşdu. Daxil olan yeni sözlərin tapılan qarşılıqları da izahlı lüğətdə göstərilib. Amma beynəlxalq terminlər olduğu kimi saxlanılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.