Ölkə

Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub - VİDEO - FOTO

21 Fevral 2019 14:50
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Təntənəli mərasimdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə inkişafı davam etdirilən ordumuzun gücünün və potensialının mühüm göstəricilərindən biri olan zabit kadrlarının müasir tələblərə cavab verən peşə hazırlığından danışıb və son illər bu sahədə əldə edilən uğurları vurğulayıb.

Sonra tədbirdə çıxış edənlər ordu quruculuğu sahəsində atılan uğurlu addımlardan danışaraq ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə akademiya məzunlarının göstərdikləri qəhrəmanlıq və igidlik nümunələrini qeyd ediblər.

Sonda bir qrup hərbi qulluqçu və mülki şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub - 21.02.2019

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.