Ölkə

Masazırda binada yanğın olub, köməyə gələn 4 polis tüstüdən zəhərlənib

21 Fevral 2019 12:41
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dərhal polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları hadisə yerinə gəlibər. Sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə sakinlər təxliyə olunub, onların təhlükəsizliyi təmin edilib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bina sakinlərinin təxliyyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb, burada onlara ilkin tibbi yardım göstərilib.

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.