Ölkə

Ağdamda avtomobil aşdı: xəsarət alanlar var - VİDEO

21 Fevral 2019 13:01
0 Şərh     Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Ağdam rayon sakini, Əhliqar Azay oğlu Ağayevin idarə etdiyi "Opel" markalı 99 EP 445 dövlət qeydiyyat nömrəli avtomobil hərəkətdə olan zaman yol kənarındakı meşəliyə düşərək ağaclara çırpılıb. Nəticədə avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ə.Ağayev və sərnişin - Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Hüseynov müxtəlif bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Xəstəxanadan report-a verilən məlumata görə, sürücü Ə.Ağayevin vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ağdamda yol qəzasında 2 nəfər xəsarət alıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.