Ölkə

Azərbaycan Həştərxanda meyvə-tərəvəz qovşağı yaradacaq

21 Fevral 2019 11:07
0 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "KDY Logistics" logistika şirkəti Rusiya Federasiyasının Həştərxan vilayətinin dəmiryolu logistika qovşağının inkişafına 2 milyard rubldan çox vəsait (26.6 milyon ABŞ dolları) yatırmağı qərara alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkətin nümayəndəsi Cavanşir Məmmədov qeyd edib ki, bu, regionumuz vasitəsilə meyvə-tərəvəzin daşınma həcmini artırmaq üçün vacibdir.

O əlavə edib: "Biz 1 milyon ton meyvə-tərəvəzi və digər yükləri həmin dəmir yolu qovşağı ilə ixrac etməyi, eləcə də əks istiqamətdə idxalı planlaşdırırıq. Bu məqsədlə investisiyalarımız 2 milyard rubl təşkil edəcək".

Qeyd edək ki, Azərbaycan Rusiya bazarlarına meyvə-tərəvəz tədarükü sahəsində əsas yeri tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.