Ölkə

Bakıda gənc doğum günündə adam vurdu: vəziyyəti ağırdır

21 Fevral 2019 11:25
1 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Əhmədov Dunay Oruc oğlu yolu keçmək istəyərkən, 1996-cı il təvəllüdlü sürücü Məmmədov Ramil Vəliyyəddin oğlu tərəfindən avtomobillə vurulub. 

Qeyd edilir ki, Dunay Əhmədov avtomobilinin yanacağı bitdiyindən onu yol kənarında saxlayıb, yolu keçib, yanacaqdoldurma məntəqəsindən yanacaq alıb. Geri qayıtmaq istəyəndə isə onu maşın vurub.

Sürücü piyadanı öz avtomobili ilə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. D.Əhmədova kəllə-beyin travması, çənə və burun sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır. 

R.Məmmədovun dediyinə görə, bu gün onun doğum günüdür, 23 yaşı tamam olub. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.