Ölkə

139 ədəd hərbi sursat aşkarlanıb - Ağstafada əməliyyat - FOTO

20 Fevral 2019 18:59
1 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində əməliyyat keçirib.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi (monitorinq) zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) aşkar edilib.

Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə baxış keçirilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.afa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə baxış keçirilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.a

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.