Ölkə

Dilimizdə əsas problemlərdən biri açıqlandı

20 Fevral 2019 12:04
1 Şərh     Baxış: 2 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda çıxış edərkən deyib.

M.Nağısoylu bildirib ki, 2001-ci ildən bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur: "Sovet dövründə ana dilimizin Azərbaycan dili olduğu bildirilsə də, dövlət idarələrində rəsmi olaraq bu dil deyil, rus dili işlənirdi. Dilimiz ölü dillər siyahısına düşürdü, çünki dilimiz rəsmi olaraq işlənmirdi, sənədlər də bu dildə yazılmırdı. Müstəqillik qazandıqdan sonras Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Lakin bu yalnız kağız üzərində qalmadı, ana dilimiz dövlət idarələrində işlənməyə başlandı".

Akademikin sözlərinə görə, Azərbaycan dili dünyanın ən rəvan dillərindən biridir.

Dilin qoruyucusunun xalq olduğunu nəzərə çatdıran M.Nağısoylu əlavə edib ki, əgər hər kəs bilsə ki, anası ona beşikdə laylanı ana dilində oxuyub, onda uşaqlıqdan öz ana dilini sevəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.