Ölkə

Ölkənin avtomobil yollarındakı SON VƏZİYYƏT - VİDEO

20 Fevral 2019 11:25
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ölkə ərazisindəki avtomobil yollarının son vəziyyəti ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hazırda Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yolun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda səhər saatlarında buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.

Giləzi - Xızı avtomobil yolunda səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan avtomobil yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı yoxdur, səhər saatlarında yolun Ağsu dolaylarından keçən buzlaşmış hissələrə qum-duz səpimb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolunda yağntı yoxdur, səhər saatlarından başlayaraq yolun 14-16 km hissəsinə buzlaşmış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ-Oğuz - Şəki - Yağıntı yoxdur, səhər saatlarında yolun İsmayıllı-Qəbələ hissəsində buz bağlamış sahələrə qum-duz səpib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Hacıqabul - Ucar - Yevlax -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax - Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax - Şəki (Göybulaq) -Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Gəncə-Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt - Astara - İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır

Masallı - Yardımlı - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran - Lerik -Yağıntı yoxdur, səhər saatlarında hava dumanlı olub, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul - Bəhramtəpə - Horadiz - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ölkənin avtomobil yollarındakı SON VƏZİYYƏT

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.