Ölkə

Naxçıvanda yerləşən hərbi hissələrdə Silahlara Nəzarət inspeksiyası keçirilib - FOTO

20 Fevral 2019 11:14
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka Krallığının rəhbərlik etdiyi, tərkibində ABŞ, Almaniya, Böyük Britaniya və Çexiyadan nümayəndələrin də olduğu, 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə", "Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi" çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

İnspeksiyanın sonunda beynəlxalq inspeksiya qrupunun və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələrində, görməli yerlərində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.