Ölkə

Əməkdar artist anasının ölümünü kameraya çəkdi - Rəhmətə getməmişdən 10 dəqiqə qabaq... FOTO

19 Fevral 2019 17:52
5 Şərh     Baxış: 9 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Yusif Mustafayev ötən ilin son günlərində dünyasını dəyişən 85 yaşlı anasının xəstəxanada can verdiyi anı kameraya çəkib.

Milli.Az xəbər verir ki, bu barədə müğənni qonağı olduğu "5/5"də danışarkən deyib.

Müğənni anası dünyasını dəyişməmiş ona yetişdiyini sözlərinə əlavə edib:

"Mən həmin gün Xaçmaz rayonunda toyda idim. Dekabrın 20-si idi. Mənə demədilər. Toy bitdi, yol gəlirdim. Hamısı məndə, telefonla çəkmişəm. Sürücüm var idi, bacımın yoldaşıdır. Ona gündüzdən deyiblərmiş ki, demə Yusifə, pis olar. Gəldim anamı çəkdim. Anamın mənə xəstəxanada o baxışı əvvəlki baxış deyildi. Rəhmətə getdiyi anı, hamısını lentə almışam. Məndə yadigar qalıb. Söhbət etdik dünyasını dəyişməmiş, hamısını çəkdim. Rəhmətə getməmişdən 10 dəqiqə qabaq dedi ki, "Mənə nə olub, niyə belə olmuşam?!" Hamımıza halallıq verdi, yəni bəxtəvər ana idi". 

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.