Ölkə

18 yaşına qədər olan gənclərə enerji içkiləri də satılmayacaq - DƏYİŞİKLİK

19 Fevral 2019 19:29
3 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gənclər siyasəti haqqında" qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşu zamanı adıçəkilən qanunvericilik aktına ciddi dəyişiklik edilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, birinci oxunuş zamanı qanunun 5.7.1 maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir neçə məhdudlaşdırıcı hallar nəzərdə tutulmuşdu.

Belə ki, 18 yaşına qədər olan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışına icazə verilmirdi.

İkinci oxunuş zamanı isə deputatların təklifi nəzərə alınaraq, bu sıraya alkoqollu energetik içkilərin satışı da əlavə edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.