Ölkə

Antisanitar şəraitlə bağlı yayılan video bəhrəsini verdi - Vitrinində siçovullar gəzən şirniyyat evi bağlandı

19 Fevral 2019 16:24
3 Şərh     Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı yayılan video və məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib.

Agentlikdən Mİlli.Az-a verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilmiş və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib.

Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.