Ölkə

Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib? - AÇIQLAMA

19 Fevral 2019 15:47
2 Şərh     Baxış: 2 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən böyük çempionatların keçirildiyi Bakı Olimpiya Stadionu (BOS) bir neçə il əvvəl burada toy mərasimlərinin keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. "Stadionda toy" ifadəsi nə qədər maraqlı səslənsə də, xeyli tənqid obyektinə çevrilmişdi. 

Milli.Az xəbər verir ki, oxu.az 2016-cı ildə verilən həmin elandan sonra BOS-da nə qədər toy mərasiminin keçirildiyi ilə maraqlanıb. Stadionun PR və media üzrə direktoru Cəmilə Mehdiyeva açıqlamasında bildirib ki, elandan 3 il keçməsinə baxmayaraq BOS-da toy mərasimi təşkil edən olmayıb:

"Toy mərasimləri təşkil edilməyib, yalnız korporativ tədbirlər keçirilib".

C.Mehdiyeva BOS-un özünü hansı pulla təmin etməsi ilə bağlı suala belə cavab verib:

"BOS-un bir neçə gəlir mənbəyi var. Bu, reklam xidmətləridir, BOS-un biznes strukturları var, icarədarları var, bəzi tədbirlər keçirilir. Ancaq bunu kommersiya sirri olduğu üçün tam açıqlaya bilmərik".

Qeyd edək ki, BOS-un 2016-cı ildə yaydığı məlumatda mart ayının 19-da burada ilk toy mərasimin təşkil olunacağı bildirilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.