Ölkə

Salyanda oğru kürəkən tutuldu - Qayınatasının qaramalını oğurlayıb satırmış - VİDEO - FOTO

18 Fevral 2019 21:16
5 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda kürəkən qayınatasına məxsus qaramal cinsli heyvan oğurlayıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, rayonun Kürqaraqaşlı kənd sakini Gülağa Salman oğlu Salmanov polis şöbəsinə müraciət edərək, ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan 5 aylıq balasının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rəhimov Rabil Qəribağa oğlu, tanışı - Lerik rayonunun Züvüç kənd sakinləri Quliyev Müşfiq Şirməmməd oğlu və qardaşı Quliyev Xoşbəxt Şirməmməd oğlu Masallıda heyvan bazarında oğurladıqları qaramalı satmaq istəyərkən saxlanılıb.

İlkin istintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən R.Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.  

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Qaynatanın mal-qarasına

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.