Ölkə

Brend geyimləri saxtalardan necə ayırd etmək olar? - VİDEO

18 Fevral 2019 20:59
0 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lady Sharm" mağazalar şəbəkəsində saxta məhsulların satılması ilə bağlı yayılan xəbərlər ölkə gündəmini məşğul edib. Yaranan mənzərə isə digər brend mağazaları da şübhə altında qoyub. Belə ki, alıcılar artıq digər mağazalara da şübhə ilə yanaşır, aldıqları məhsullarda tərəddüd edirlər. 

Müştəri paltar aldıqda üzərindəki etiketlərin orijinal olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkir. Xüsusilə brend olduğu düşünülən malların yarlığının peşəkarlıqla üzərinə tikilərək satışa çıxarılması insanları yanıldır. Bununla kifayətlənməyən işbazlar hətta brend olmayan məhsullara endirim yazmaqla da alıcıları çaş-baş salır. Marka geyim aldığını düşünən müştərilər isə xeyli miqdarda ziyana düşürlər. 

Bəs yaxşı geyim alarkən nələrə diqqət etməliyik?

Milli.Az oxu.az-a istinadən bildirir ki, brend mağazaların əksəriyyətindən şikayətlər gəldiyini deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçı ilk növbədə aldığı məhsulun məişət sertifikatını tələb etməlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mağazalarda növbəti reyd: saxta mallar aşkar edildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.